Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmurbackend

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki