Müdafiə Nazirliyi açıqlama yaydıbackend

Müdafiə Nazirliyi açıqlama yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya açılan atəş nəticəsində Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvü Qor Martirosyanın öldürülməsi barədə yayılan məlumat əsassızdır və tamamilə yalandır”.
 
TİA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu kimi yalan məlumatların yayılması dekabrın 5-də axşam saatlarında qarşı tərəfdə baş vermiş ölümlə nəticələnən növbəti cinayətin ört-basdır edilməsi cəhdidir.