Müdafiə naziri hərbi sirri yayanlarla bağlı göstəriş verdibackend

Müdafiə naziri hərbi sirri yayanlarla bağlı göstəriş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib.
TİA.AZ-ın məlumatına görə, şəxsi heyətin nizam-intizamı, mənəvi-psixoloji durumu barədə danışan müdafiə naziri təlim-tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

İnformasiya təhlükəsizliyinin qorunması, o cümlədən xidməti məlumatların, hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılmasının yolverilməz olması barədə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd edib. Nazir nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozanlara qarşı qətiyyətli tədbirlərin davam etdirilməsini tapşırıb.