Tribuna İnformasiya Agentliyi

Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı video-çarx hazırlayıb

15 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı video-çarx hazırlayıb.

Tia.az xəbər verir ki, videoda Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin döyüş imkanlarını nümayiş etdirən kadrlar əks olunub.

Eyni zamanda, 2016-cı ilin aprelində Ermənistanın işğalından azad edilən Lələtəpə yüksəkliyini və orada dalğanan Azərbaycan bayrağı ilə bağlı kadrlar yer alıb.

Video-çarxda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2016-cı ilin aprel döyüşləri və Naxçıvan əməliyyatı ilə bağlı fikirləri əks olunub: “2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilən torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bu bayraqlar hərbiçilərimizi qabağa aparırdı, bu bayraqlar döyüşdə olan bayraqlardır. Gün gələcək, bu gün işğal altında olan torpaqlar azad olunandan sonra orada qaldırılacaq. Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.