Mübariz Mənsimov sabiq naziri MƏHKƏMƏYƏ VERDİbackend

Mübariz Mənsimov sabiq naziri MƏHKƏMƏYƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyənin keçmiş Daxili İşlər naziri Mehmet Ağarı məhkəməyə verib.  

TİA.AZ Lent.az-a istinadən xəbər ki, bir müddət əvvəl mətbuata açıqlama verən Mehmet Ağar M.Mənsimovun bir necə dəfə Fətullah Gülənlə görüşdüyünü bildirib. M.Mənsimov bu açıqlamasına görə sabiq naziri məhkəməyə verib.

Qeyd edək ki, M. Mənsimov ötən ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub. Bir il sonra M.Mənsimov ev dustaqlığına buraxılıb. Bir neçə gün əvvəl isə M.Mənsimovun İstanbulu tərk etməmək şərti ilə ev dustaqlığı ləğv edilib.