Mübariz Mənsimov Ərdoğana müraciət etdi: “Şərəfsiz FETÖ…”backend

Mübariz Mənsimov Ərdoğana müraciət etdi: “Şərəfsiz FETÖ…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hazırda həbsdə olan azərbaycanlı milyarder, “Palmali Holding”in sahibi Mübariz Mənsimov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkə nazirlərinə müraciət edib.

TİA.AZ həmin müraciəti təqdim edir:
Cənab Prezident və hörmətli nazirlərim. 14 gündür heç bir günahım olmadığı halda həbsdəyəm. Bir il əvvəl 81 və 84 yaşlı valideynlərimi xəstə olduqları üçün Azərbaycandan Türkiyəyə yanıma gətirmişəm. Bütün dünyanı bürüyən və ölkəmizə də təsir edən koronavirusa görə, evdə valideynlərimə kömək edəcək heç kim yoxdur.
Onlar koronavirus səbəbindən mənim ölkə xaricində olduğumu düşünürlər. Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız. Şərəfsiz FETÖ və bunun kimi heç bir təşkilatla əlaqəm olmayıb, ola bilməz. Mən günahkar deyiləm və sizdən xahişim budur ki, günahsız olduğum təsdiqlənənə kimi həbsim ev dustaqlığına çevrilsin. Özümdən çox valideynlərimi düşünürəm. Məni başa düşəcəyinizə əminəm. Bütün şirkətlərimin mərkəzi Türkiyədədir və inanın şirkətimə ziyan dəyməsi sizin və mənim düşmənlərimizi sevindirəcək.
Hörmətlə, Mübariz Qurbanoğlu