Tribuna İnformasiya Agentliyi

Mübariz Mənsimovdan örnək addım: Öz gəmisinə Rəsulzadənin adını verdi

27 Dekabr

“Keçmişini unudanın, sayğı duymayanın gələcəyi də olmaz” “Palmali” şirkətinin növbəti gəmisi Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını daşıyacaq. AZXEBER.COM xəbər verir ki bununla bağlı şirkətin prezidenti Mübariz Mənsimov öz feysbuk hesabında məlumat paylaşıb. O bildirib ki, bununla əlaqədar “Palmali”nin İdarə Heyətinə təklif göndərib. Şirkət rəhbərinin yazdığı status oxuculara təqdim edirik: “Çox şadam ki, mənim bu təklifim müsbət qarşılandı. Bizim üçün qürurvericidir ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adlarını daşıyan gəmilərimiz arasında Rəsulzadə ismi də olacaq. Ürəyi Azərbaycanla döyünən, son nəfəsində belə bu gözəl sözlə fani dünyaya əbədi gözünü yuman, “şah əsəri” olan Cümhuriyyəti bizə miras buraxan Məhəmməd Əmin Rəsulzadəni unutmadıq. Azərbaycan Cümhuriyyətinin 100 illiyi şərəfinə 21 martda təhvil alacağımız yeni gəmimiz məhz bu böyük şəxsiyyətin adını daşıyacaq. Onu unutmadıq, unutmuruq və unutdurmayacağıq. Keçmişini unudanın, ona sayğı duymayanın gələcəyi də ola bilməz”. Günel Hüseynli