Tribuna İnformasiya Agentliyi

Müasir ət satışı məntəqəsi fəaliyyətə başlayır

27 Dekabr

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraqQida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə müasir heyvan kəsimi və satışı məntəqələrinin təşkilidavam etdirilir.Bu istiqamətdə yeni ət satışı məntəqəsiBakı şəhəri, Nizami rayonu ünvanında fəaliyyətə başlayıb. 30-a yaxın sahibkarın ət satışı fəaliyyətini həyata keçirəcə biləcəyi məntəqə əhaliningündəlik ət tələbatının 4 tonunu ödəmək gücündədir. Bu kimiət satışı məntəqələrinin yaxın gələcəkdə Binəqədi və Yasamal rayonlarında açılması nəzərdə tutulur.

Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının  alınması, istehlakçıların hüquqlarının müdafiəsidir.

Qida Təhlükəsizliyi Agentliyi müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə prosesə sahibkarları da cəlb etməklə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsinin təmin edilməsini davam etdirəcək. Odur ki, Agentlik ölkə üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir.