Tribuna İnformasiya Agentliyi

“Müəllimlərə hansı hədiyyəni almısız?” – sualına Mingəçevir məktəblilərindən ŞOK cavablar – VİDEO

08 Oktyabr

Mingəçevir şəhərində Müəllimlər Günü ilə bağlı keçirilən sorğu geniş müzakirələrə səbəb olub.

Missiya.Az xəbər verir ki, sorğu məktəb şagirdləri arasında aparılıb.

Şagirdlərə “Müəllimlərə hansı hədiyyəni almısız?” və “Müəllimlər Gününə pul yığmısınızmı?” sualı ünvanlanıb. Məktəblilərin demək olar ki, hamısı müəllimləri üçün pul yığıldığını etiraf edib. Onlar yığılan pulların məbləğini də açıqlayıblar. Bəzi məktəblər 20 manatdan, bəziləri isə 5, 10, 15 manatdan pul yığıblar.

Məktəblilərin bu etirafları təhsil ocaqlarında rüşvətxorluğun hökm sürdüyündən xəbər verir.

Qeyd edək ki, Təhsil Nazirliyi məktəblərdə Müəllimlər Günü münasibəti ilə pul yığılması barədə xəbərdarlıq edib. Görünür məktəb direktorları  Nazirliyin bu xəbərdarlıqlarını qulaq ardına vururlar.