MTK-ların “kommunal xidmət” oyunu – Hüquqşünas vətəndaşları ayıq-sayıq olmağa çağırdıbackend

MTK-ların “kommunal xidmət” oyunu – Hüquqşünas vətəndaşları ayıq-sayıq olmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzil-Tikinti Kooperativlərinin (MTK) “kommunal xidmət”ə görə ödəniş tələb etməsi vətəndaşların narazılığına səbəb olub. 

TİA.AZ  xəbər verir ki, sosial şəbəkələrdə vaxtaşırı bununla bağlı paylaşımlara rast gəlinir. Vətəndaşlar bildirir ki, MTK-lar inşa etdikləri binalarda onların cibinə uyğun olmayan “kommunal xidmət haqqı” tələb edirlər.

Hüquqşünas Əkrəm Həsənov da bu problemə toxunub. Onun sözlərinə görə, MTK-lar prosesə kollektorları, vəkilləri də qoşur: “Halbuki, MTK binanı sakinlərə təhvil verəndən sonra ləğv edilməli və bütün məsələlər sakinlər tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti formasında həll edilməlidir”.

Əkrəm Həsənov əlavə edib ki,  MTK-ların hər hansı xidmət göstərməyə hüququ yoxdur: “Odur ki, onların bu tələbinə əməl etməyin. Sizi məhkəməyə versələr, öz qanunsuz fəaliyyətləri ifşa olunacaq. Binanıza sahib çıxın, binaya xidmət göstərəni özünüz seçin. Min cür oyundan çıxan MTK-ları isə tarixə qovuşdurun!”.