MSK: Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilibbackend

Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə bağlı daxil olmuş müraciətlər əsasında ümumilikdə 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub.

TİA.AZ-ın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolda əksini tapıb.

Milli Məclisə seçkilərlə əlaqədar seçici fəallığı isə 46,84 faiz olub.

Qeyd edək ki, ötən müddət ərzində 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli), 80 saylı İmişli-Beyləqan seçki dairəsində (lider namizəd Çingiz Qənizadə) səsvermənin nəticələri ləğv edilib.

Xatırladaq ki, Milli Məclisə seçkilərin ilkin nəticələrinə əsasən, seçici fəallığı 47,81 faiz olmuşdu