Tribuna İnformasiya Agentliyi

MSK sədri seçkiləri izləmək üçün ABŞ-a gedib

08 Noyabr

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarında noyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkəyə səfər edib. 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarında noyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkəyə səfər edib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən  TİA.AZ-a verilən məlumata görə, Seçki 

Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) Prezidenti Vilyam Svininin dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində 

M.Pənahov seçkilərlə bağlı müxtəlif tədbirlərə qatılmaqla bərabər, IFES Prezidenti, bir sıra ölkələrin ali seçki qurumlarının və 

beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və seçkilərlə bağlı 

müxtəlif məsələlər ətrafında müzakirələr aparacaq. Seçki günü, həmçinin MSK sədrinin məntəqələrdə gedən prosesləri 

müşahidə etməsi də nəzərdə tutulur.

M.Pənahov IFES Prezidentinin dəvəti ilə noyabrın 9-da keçiriləcək Qlobal Seçki Təşkilatının növbəti – 7-ci (GEO-7) 

konfransında da iştirak edəcək. Qeyd etmək lazımdır ki, dünyanın müxtəlif ölkələrindən çoxsaylı seçki qurumlarının və 

nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də beynəlxalq seçki ekspertlərinin qatılacağı konfransda seçkilərlə bağlı 

müxtəlif mövzularda müzakirələrin keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması gözlənilir.

ABŞ-a səfəri zamanı MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.