Tribuna İnformasiya Agentliyi

MSK seçkinin gedişi barədə gün ərzində 5 dəfə ilkin məlumat yayacaq

10 Aprel

Sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək

 Seçkidə 8 nəfərin namizədliyi irəli sürülüb.
Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).
Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, 125 seçki dairəsinə daxil olan bütün seçki məntəqələri, o cümlədən Azərbaycandan xaricdə yaradılmış seçki məntəqələri seçkiyə tam hazır vəziyyətdədir.
Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası aprelin 11-də səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacaq.
Səsvermə günü hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.
Sabah prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.