Tribuna İnformasiya Agentliyi

MSK: Saat 17:00-dək 3 milyon 716 min 135 seçici səs verib

11 Aprel

Mərkəzi Seçki Komissiyası prezident seçkilərində seçici fəallığı barədə sayca dördüncü hesabatı təqdim edib.

“Yeni Müsavat” – ın müxbiri MSK-nın İnformasiya Mərkəzindən məlumat verib ki, səsverməyə start veriləndən saat 17.00-a qədər ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 3716135 nəfər seçici seçkidə iştirak edib. Bu da seçici fəallığının 69,93% olması deməkdir. Səsvermə saat 19.00-da başa çatacaq.