Tribuna İnformasiya Agentliyi

MSK: Prezident seçkilərində seçici fəallığı 74,51 faiz olub

11 Aprel

Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığı açıqlanıb.

 

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının Katibliyinin (MSK) Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 19.00-da səsvermə başa çatıb və  5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib.

 

Beləliklə, prezident seçkilərində seçici fəallığı 74,51 faiz olub.

 

F. Orucov seçkilərdə ən aktiv və passiv seçki dairəsini də açıqlayıb.

 

Ən aktiv seçki dairəsi olan Şərur-Sədərək Seçki Dairəsi üzrə 38 min 713 seçicidən 32 min 132 nəfəri (83%) səsvermədə iştirak edib.

 

Ən passiv seçki dairəsi isə 17 saylı Yasamal III Seçki Dairəsi olub. Burada qeydiyyatda olan 40 068 seçicidən 24 646 nəfəri (61.51%) səsvermədə iştirak edib.