Tribuna İnformasiya Agentliyi

MSK Prezident seçkilərinə aprelin 21-dək yekun vuracaq

12 Aprel
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilən Prezident seçkilərinə aprelin 21-dək yekun vuracaq.

TİA.AZ  xəbər verir ki, MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli jurnalistlərə  açıqlamasında deyib ki, qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir.

O bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir: “Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir”.