MSK pozuntuların olduğunu əks etdirən 220 videogörüntünü araşdırıbbackend

MSK pozuntuların olduğunu əks etdirən 220 videogörüntünü araşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində faəliyyət göstərən Mətbuat Qrupu tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.

TİA.AZ  xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında Komissiya üzvü Qabil Orucov deyib.

Onun sözlərinə görə, bütün görüntülər hər bir dairə və məntəqə üzrə araşdırılıb: “Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər, ümumilikdə, 30 dairəni, 116 məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır”.