MSK-nın İCLASI KEÇİRİLİR – Daha 10 məntəqənin nəticələri ləğv edildibackend

MSK-nın bu gün keçirilən 108 saylı Ağstafa seçki dairəsində ilə bağlı müraciətə baxılıb.

Sonda həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi ilə bağlı müraciət də müzakirəyə çıxarılıb.

Həmin müraciətin də Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul olunub.

* * *

MSK-nın iclasında 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizədlər Elçin Abbasov və digərlərinin müraciətinə baxılıb.

Müraciətlər araşdırılması üçün DSK-ya göndərilib.

* * *

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınan Səidə Cəbrayılovanın şikayətinə baxılıb.

MSK üzvü Qabil Orucov bildirib ki, araşdırma ilə əlaqədar müvafiq DSK-dan materiallar alınıb və araşdırma materiallarına əlavə edilib: “Araşdırma zamanı məlum olub ki, 6 və 7 saylı seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində qanunun tələbləri pozulmayıb. Namizəd tərəfindən təqdim edilən videogörüntülərdə seçicilərin iradəsini əks etdirməyən faktlar aşkar edilməyib. 6 və 7 saylı seçki məntəqələrində isə seçki qanunvericiliyinin tələblərinə cavab verməyən addımlar atılıb. Buna görə də təklif edirəm ki, həmin məntəqələrdə səsvermənin nəticələri ləğv edilsin”.

Müraciət MSK-nın iclasında müzakirəyə çıxarılıb, 6 və 7 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı qərar qəbul edilib.

* * *

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Qurbanəli Yusibov və İbrahim Salamovun şikayətinə baxılıb.

Bunu Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətçilər öz müraciətlərində təqdim etdikləri 3 videogörüntü ilə 14 seçki məntəqəsinin nəticələrini mübahisələndirib: “Araşdırma nəticəsində isə yalnız 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Digər seçki məntəqələrində müraciət edənlərin iddiaları əksini tapmayıb”.

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

Bu dairə üzrə lider namizəd YAP-ın namizədi Aydın Mirzəzadədir.

* * *

Mərkəzi Seçki Komissiyasının iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi qərar qəbul olunandan sonra yenidən deputatlığa namizəd Samirə Rəfullayevanın təqdim etdiyi videogörüntülərə baxılıb.

APA-nın məlumatına görə, videogörüntülərə baxıldıqdan sonra 1 saylı seçki məntəqəsində də səsvermənin nəticələrinin etibarsız sayılması səs qoyulub, bu məntəqədə də səsvermənin nəticələrinin ləğv edilməsinə qərar verilib.

* * *

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Samirə Rəfullayevanın şikayətinə baxılıb.

MSK üzvü İlham Məmmədov bildirib ki, seçki məntəqələrinin bəzilərində qanun pozuntularını təsdiq edən videgörüntülər var: “Araşdırma zamanı namizədin mübahisələndirdiyi bəzi seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində iddia edilən qanun pozuntuları təsdiqini tapmayıb. 12, 14, 16 və 18 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılması qənaətinə gəlinib”.

İ. Məmmədov qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər də araşdırılıb: “Görüntülərdə mənfi hallarla yanaşı, məntəqə seçki komissiyalarının müsbət fəaliyyətini də müşahidə etmişik”.

MSK şikayəti müzakirə edib və qismən təmin edilməsinə qərar verib. Qərarda 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib.

* * *

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.

Müraciət araşdırılması üçün DSK-ya göndərilib.

* * *

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.