Tribuna İnformasiya Agentliyi

MSK: Martın 3-dək seçici siyahıları təsdiq edilə bilər

19 Fevral

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub.

Tİ.AZ-ın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Azərbaycanda hər il mayın sonuna qədər seçici siyahıları hazırlanır.

O bildirib ki, prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi bu prosesi sürətləndirib:

“Seçici siyahıları səsvermə gününə 35 gün qalmış hazır olmalıdır. Martın 3-nə qədər seçici siyahıları tərtib və təsdiq edilə bilər”.

MSK sədrinin müavini qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilir:

“Ötən illə müqayisədə seçicilərin sayı 28 344 nəfər artıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.