MSK DSK-nın qərarını ləğv edibbackend

MSK DSK-nın qərarını ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyini irəli sürən Müsavat partiyasının üzvü Nəsirov Niyaz Eynulla oğlunun müraciətinə baxılıb.

 

TİA.AZ xəbər verir ki, namizədin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının qərarı ləğv edilib. Komissiya üzvləri bildirib ki, namizəd sənədləri DSK-ya vaxtında təqdim edib və onun namizədliyinin qeydə alınmaması üçün heç bir əsas yoxdur:

 

“Sadəcə DSK namizədin qeydə alınmaması ilə bağlı qərarı namizədə çatdırmayıb. Problem onunla əsaslandırılıb ki, DSK-nın iş qrafiki gərgin olub və namizədi qeydə ala bilməyib”.

 

Nəticədə DSK-nın qərarı ləğv edilib və Nəsirov Niyaz Eynulla oğlunun namizədliyi qeydə alınıb.