MSK 9 məntəqənin nəticələrini etibarsız saydıbackend

MSK 9 məntəqənin nəticələrini etibarsız saydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd Elşad İsrafilovun müraciətinə baxılıb.

TİA.AZ-ın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, digər namizədin xeyrinə səslərin artırıldığını iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 2 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 2 seçki ( 7 və 32 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.