MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydıbackend

MSK-nın iclasında 11 saylı Qaradağ seçki dairəsindən namizəd Kamil Paşayevin müraciətinə baxılıb.

TİA.AZ-ın xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü dairə üzrə müşahidəçilərə müşahidə aparmağa üçün imkan verilmədiyini qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Müraciətlə bağlı 3 istiqamətdə araşdırma aparılıb. Ekspert qrupu müraciəti hərtərəfli araşdırıb. Araşdırma zamanı yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 25 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 1 seçki (25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilib.