MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərdibackend

MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 20-ə yaxın dairə üzrə daxil olmuş müraciətlər baxılması üçün Dairə Seçki Komissiyalarına (DSK) göndərilib.

 

Modern.az-ın məlumatına görə, bu dairələr 95, 72 , 42, 125, 14, 81, 15, 11, 79, 92, 10, 57, 45, 67,109,124, 18 saylı seçki dairələridir.

 

Prosedur qaydalarına görə, adıçəkilən dairələrdən MSK-ya daxil olmuş müraciətlər aidiyyəti üzrə araşdırılması üçün müvafiq DSK-lara göndərilib.

 

Qeyd edək ki, yuxarıda adı çəkilən dairələrdə qalib namizədlər aşağıdakılardır:

 

72 saylı Yardımlı-Masallı seçki dairəsi – Musa Qasımlı;

95 saylı Tərtər seçki dairəsi – Sahib Alıyev;

42 saylı Sumqayıt ikinci seçki dairəsi – Tahir Mirkişili;

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi – İmamverdi İsmayılov;

15 saylı Yasamal birinci seçki dairəsi – Ülvi Quliyev

14 saylı Xəzər seçki dairəsi – Soltan Məmmədov

11 saylı Qaradağ seçki dairəsi – Aydın Hüseynov

79 saylı İmişli seçki dairəsi – Razi Nurullayev

92 saylı Zərdab-Ucar seçki dairəsi – Jalə Əliyeva

10 saylı Binəqədi üçüncü seçki dairəsi – Madər Musayev

57 saylı Kürdəmir seçki dairəsi – Əminə Ağazadə

45 saylı Abşeron seçki dairəsi – Oqtay Əsədov

67 saylı Cəlilabad şəhər seçki dairəsi – Malik Həsənov

109 saylı Balakən seçki dairəsi – Nəsib Məhəməliyev

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi – Elman Məmmədov

18 saylı Nərimanov-Nizami seçki dairəsi – Rasim Musabəyov