MSK 3 dairədən daxil olan şikayətləri geri qaytarıbbackend

MSK 3 dairədən daxil olan şikayətləri geri qaytarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bir neçə dairə üzrə müraciətlər qeyd edilən vaxt bitdiyinə görə geri qaytarılıb.

TİA.AZ  xəbər verir ki, bu barədə MSK üzvü Validə Kazımova məlumat verib. Komissiyanın ekspert qrupunun ümumi rəyinə əsasən 78 saylı Lerik, 108 saylı Ağstafa, 6 saylı Culfa-Babək seçki dairələri üzrə daxil olan şikayətlər geri qaytarılıb.

 

Xatırladaq ki, 78 saylı Lerik seçki dairəsindən İqbal Məmmədov, 108 saylı Ağstafa seçki dairəsindən Nizami Cəfərov və 6 saylı Culfa-Babək seçki dairəsinsən Ülviyyə Həmzəyeva qalib elan olunub.