Mourinyu: “Narahatam, amma göz yaşları kömək etməyəcək”backend

Mourinyu: “Narahatam, amma göz yaşları kömək etməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Roma”nın baş məşqçisi Joze Mourinyu Roma oyunçularının zədələnməsindən məyus olub.
İtaliya çempionatının 3-cü turunda “Kremoneze” ilə oyundan (1:0) əvvəl yarımmüdafiəçi Corcinyu Veynaldumun baldır sümüyü sınıb. Hücumçu Nikolo Zanyolo çiyni çıxdığı üçün mübarizədən kənarlaşdırılıb.

“Nikolo kimi fundamental oyunçunu itirmək çətin idi. Xüsusən də olduqca emosional iki gündən sonra çox çətindir. O, bir müddət oyunlardan uzaq qalacaq. Mən narahatam, amma göz yaşları kömək etməyəcək.
Planlar qururuq, sonra isə elə bir vəziyyətə düşürük ki, iki böyük oyunçumuzu itiririk. Bu halda elə də çox variant qalmır. Bu, futboldur, belə hallar olur. Direktor və klub sahibləri nə istədiyimi bilirlər. Biz hamımız birlikdə işləyirik və ən yaxşı həll yolunu tapacağıq”, – deyə Mourinyo matçdan sonra qeyd edib.