Tribuna İnformasiya Agentliyi

Moskvada sərnişin təyyarələri toqquşub

08 Oktyabr
Moskvanın Jukovski hava limanında iki sərnişin təyyarəsi dayanacaq yerinə hərəkət edərkən toqquşub.
Bunu TASS-a Moskva Regionlararası Nəqliyyat Prokurorluğundan deyiblər.
Təyyarələr “Ural Hava Yolları” və “İkar” aviaşirkətlərinə məxsus olub.
Hadisə nəticəsində zərərçəkən olmayıb, “Ural Hava Yolları” təyyarəsinin sol qanadaltısı və aeronaviqasiya fənəri sınıb.
Faktla bağlı araşdırma aparılır.