Tribuna İnformasiya Agentliyi

Moskvada biznesmen Anar Əliyev başından vuruldu – Sifarişli qətl+Video

22 Fevral

Moskvada azərbaycanlı biznesmen killər tərəfindən güllələnib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, naməlum şəxs biznesmenə avtomobilində olarkən atəş açıb.

Ölən “Leksus”un sürücüsü Azərbaycandan olan Anar Əliyev adlı iş adamı olub. Rusiya KİV-i güllələnmədən bir neçə saniyə öncə Əliyevin avtomobildəki görüntüsünü yayıb.

A.Əliyev Rusiyada fast food mağazalarının sahibi olub.