Tribuna İnformasiya Agentliyi

Moskvada Bakının neft qülləsinə abidə qoyulub

09 May

Rusiyada İkinci Dünya müharibəsində əldə olunan qələbəyə Azərbaycanın verdiyi töhfəyə həsr olunmuş abidə açılıb

Trend-in məlumatına görə, abidə Moskva vilayətində Lenin-Sneqirevskiy hərbi-tarix muzeyinin ərazisində açılıb.
Bu, müharibə dövründə sovet tankları, təyyarələri və avtomobilləri üçün yanacağın hasil olunduğu Bakıdakı neft qurğusunun kiçildilmiş surətidir.
1941-ci ildə SSRİ-də 33 milyon ton neft çıxarılıb ki, bunun da 23,5 milyon tonu Azərbaycan tərəfindən istehsal edilib.
“Neft qülləsi” abidəsinin açılışının təşəbbüskarı Moskva vilayətindəki azərbaycanlıların regional milli-mədəni muxtariyyətidir.