backend

Moskvada azərbaycanlılara hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Çeremuşkin bazarında Azərbaycan vətəndaşlarının da iştirakı ilə silahlı insident baş verib. 

Moskvanın Çeremuşkin bazarında Azərbaycan vətəndaşlarının da iştirakı ilə silahlı insident baş verib.

TİA.AZ report-a istinadən xəbər verir ki, münaqişədə əksəriyyəti azərbaycanlı olan satıcılar ilə bazar rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Ticarət etdikləri yeri tərk etmək istəməyən icarədarlar soyuq silahdan istifadə ediblər. Lakin bazar rəhbərliyinin köməyinə Özəl Mühafizə Təşkilatının döyüşçüləri gəlib. Etirazçılara qarşı travmatik odlu silah tətbiq olunub. Ən azı iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisəyə bazar rəhbərliyinin bəzi satıcılara müəssisə ərazisində yer verməmək barədə qərar qəbul etməsi səbəb olub. Bunlar, əsasən Azərbaycan vətəndaşları olublar. Qərarın hansı səbəbdən qəbul olunduğu məlum deyil.

TASS-ın məlumatına görə, davanın bir neçə iştirakçısı saxlanılıb.