Moskvada 9 May paradının hava hissəsi ləğv edilibbackend

Moskvada 9 May paradının hava hissəsi ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada Qələbə Paradının hava hissəsinin ləğv edildiyini bildirib.

Hava şəraiti ilə əlaqədar paradın hava şousu ləğv edilib.

“Su-24”, “MiQ-31” və “Su-57” təyyarələrinin üç “dördünün” Qırmızı Meydan üzərindən uçacağı gözlənilirdi. Paradın hava hissəsinin xüsusiyyəti Z hərfi şəklində olan səkkiz “MiQ-29smt” qrupu olacaqdı.

Moskvada keçirilən Qələbə Paradında ümumilikdə 10 minə yaxın əsgər və zabit, o cümlədən 200-dən çox tank və təyyarə iştirak edir.

Bir gün əvvəl sinoptiklər mayın 9-da Moskvada “çətin hava” olacağını bildirdilər, buna görə Qələbə Paradının hava hissəsinin baş tutub-tutmayacağını dəqiq söyləmək mümkün deyildi.