Moskva məhkəməsi Navalnının Peskova qarşı iddiasını qəbul etdibackend

Moskva məhkəməsi Navalnının Peskova qarşı iddiasını qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Siyasətçi Aleksey Navalnının Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskova qarşı şərəf, ləyaqət, işgüzar nüfuzun qorunması ilə bağlı qaldırdığı iddia icraata qəbul edilib. 
TİA.AZ xəbər verir ki, iddiaya məhkəmənin mətbuat katibi Lela Kokaya RİA Novosti-yə verdiyi açıqlamada Moskvanın Presnenski Məhkəməsində baxılacağını bildirib.
Müxalifətçi 2020-ci ilin noyabrında Peskovun MKİ (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) ilə işləmək barədə dediyi sözlərə görə məhkəməyə müraciət edib. Məhkəmənin mətbuat katibinin verdiyi məlumata görə, məhkəmə hazırlığı 27 may tarixinə planlaşdırılıb.
2020-ci il oktyabr ayının əvvəllərində Peskov Navalnının Rusiya rəhbərliyinin onun zəhərlənməsində əli olduğu barədə ittihamlarını şərh edərkən ABŞ CIA zabitlərinin müxalifətçi ilə birlikdə çalışdığını və ona bəzi təlimatlar verdiyini deyib. O, “Qərbin xüsusi xidmət orqanlarının Navalnı ilə qarşılıqlı fəaliyyətinin ilk dəfə qeydə alınmadığını” da qeyd edib.
Xatırladaq ki, Navalnı keçən yay Tomsk-Moskvaya uçuş zamanı xəstələnəndən sonra Omsk xəstəxanasına yerləşdirilmişdi. Bundan sonra o, Berlində bir klinikaya göndərilib, daha sonra da müxalifətçinin Noviçok qrupundan bir maddə ilə zəhərləndiyi elan edilib.