“Moskva ilə danışıqların zamanı gəlməyib” – Tixanovskayabackend

“Moskva ilə danışıqların zamanı gəlməyib” – Tixanovskaya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Moskva ilə danışıqlar üçün hələ vaxtın yetişmədiyini deyib.
TİA.AZ xəbər verir ki, bu barədə o, Fransanın “Monde” qəzetinə müsahibəsində bildirib.

“Hələ zamanı gəlməyib, amma hər kəslə dialoqa hazırıq. Rusiya bizim hüquqlarımız uğrunda mübarizəmizi dəstəkləsəydi, əla olardı. Ancaq mən görüşdüyüm hər kəsə söylədiyim kimi, Moskvadan da bizim suverenliyimizə hörmət etməsini xahiş edirəm”, – xanım siyasətçi deyib.

Xatırladaq ki, Tixanovskaya hazırda Litvadadır.