MOSKVA GÖRÜŞÜNDƏN ÇIXAN ERMƏNİ XİN BAŞÇISI AZƏRBAYCANI “AQRESSOR” ADLANDIRDIbackend

MOSKVA GÖRÜŞÜNDƏN ÇIXAN ERMƏNİ XİN BAŞÇISI AZƏRBAYCANI “AQRESSOR” ADLANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moskvada keçirilmiş üçtərəfli görüşdən sonra Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, erməni nazir yerli “Lurer” telekanalına açıqlamasında yenə də köhnə “prinsiplərindən” danışıb.
O bildirib ki, proses olduqca çətin keçir. “Bizim üçün ən vacib şərt müharibənin dayanmasına nail olmaqdır. Azərbaycanın aqressiyası hazırda kifayət qədər açıq konteksdə görünürdü. Və Aazərbaycan Türkiyə və beynəlxalq terror təşkilatları tərəfindən ciddi dəstək alır. Qarabağa təşkil edilmiş hücum olduqca spesifikdir və bunu da həmin qüvvələr həyata keçirirlər”.
Mnasakanyan deyib ki, bölgədə vəziyyət olduqca kövrəkdir, ona görə də, atəşkəsin elan edilməsi lazımdır. “Bu region üçün olduqca mühüm çağırışdır. Xüsusi olaraq da Dağlıq Qarabağ üçün vacibdir. İndidən proqres barədə danışmaq tezdir”.
Erməni nazir qeyd edib ki, danışıqlarda əvvəlcə atəşkəsin əldə olunmasına nail olunmasına çalışılıb. “Müharibə dayandıqdan sonra tərəflər arasında sülh danışıqlarına başlamaq olar. Eyni zamanda, danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdiriləcək”.
Mnasaknyan Türkiyə məsələsinə də toxunub. “Türkiyə heç bir şəkildə bu prosesdə tərəf kimi iştirak edə bilməz. İlk tapşırıq budur ki, müharibə dayanmalıdır”.