Morqdakı qadının diri olduğu aşkarlandıbackend

Morqdakı qadının diri olduğu aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cənubi Afrika Respublikasında morqa aparılan qadının sağ olduğu müəyyənləşdirilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Qautenq əyalətində nəqliyyat qəzası meydana gəlmiş, təcili tibbi yardım qrupu qadının öldüyünü bildirmişdi. Karltonvil morquna aparılan qadını morq işçisi yoxlayıb və nəfəs aldığı müəyyənləşdirilib. Dərhal qadının müalicəsinə başlanılıb.
Təcili yardım şirkəti hadisənin onların səriştəsizliyi üzündən baş vermədiyini açıqlayıb.
Qeyd edək ki, oxşar hadisə yanvar ayında İspaniyada da baş vermiş, Asturias ərazisində 3 həkim tərəfindən ölü elan edilən məhkum məhkəmə tibbi ekspertizasından əvvəl dirilmişdi.