Tribuna İnformasiya Agentliyi

Montserat Kabalye vəfat etdi

06 Oktyabr

Dünya şöhrətli ispaniyalı opera müğənnisi 85 yaşlı Montserat Kabalye Barselonada vəfat edib.

Bu barədə “France Press” məlumat yayıb.
Bu barədə yerli xəstəxanadan bildiriblər. Ötən ayın axırında M.Kabalye sidik kisəsindəki nasazlığa görə xəstəxanaya yerləşdirilmişdi.

Belle Cantoda, habelə klassik italyan operalarında mahir ifaçılığı ilə məşhur olan Montserrat Kabalye 1965-ci ildə Donisettinin “Borcia” operasındakı Lukresiya rolunda xəstələnən amerikalı müğənni Marilin Hornu əvəz edərkən geniş şöhrət qazanmışdı.