“Monte Carlo” şadlıq sarayında şəhid Teymur Məcidzadənin anım tədbiri keçirilib-VİDEObackend

“Monte Carlo” şadlıq sarayında şəhid Teymur Məcidzadənin anım tədbiri keçirilib-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Monte Carlo” şadlıq sarayında şəhid Teymur Tehran oğlu Məcidzadənin anım mərasimi keçirilib.
Qeyd edək ki, Nizami rayon sakini olan Teymur Tehran oğlu Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Məcidzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub, II Şəhidlər Xiyabanında dəfn olunub.
Teymur Məcidzadə ölümündən sonra “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” ,”Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib

Allah rəhmət eləsin!