“Monopoliya olmasaydı, virus bu qədər artmazdı…” – Fazil Mustafabackend

“Monopoliya olmasaydı, virus bu qədər artmazdı…” – Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İNSANLARIMIZ VIRUSLA DA YEKƏXANALIQ EDIR”
Ötən gün Azərbaycanda 2420 yeni yoluxma faktı aşkarlanıb. 29 nəfər isə dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatının direktoru bildirib ki, dünyada virusa yoluxma halları və ölüm halı son iki ayda iki dəfə artıb.
Beləliklə pandemiyanın sonun yaxınlaşdığını demək hələ çox tezdir. Göründüyü kimi, ölkəmizdə də bu rəqəm artmağa davam edir.
Həftə sonu Operativ Qərargahın gözlənilən brifinqində ehtimal edilir ki, karatın qaydalarında sərtləşmələr olacaq.
Sərtləşmə və ya qapanmalar lazımdırmı, bu, problemin həllinə təsir göstərirmi?
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Bakupost.az -a bildirib ki, qapanmaya getmək yanlış addım olar:
 

“Nə qədər ki, insanlarımınzın qaydalara əməl etmək mədəniyyəti formalaşmayıb, cəmiyyət olaraq ciddi problemlərlə, məhrumiyyətlərlə üzləşəcəyik. Bizdə hətta virusla bağlı da yekəxanalıq mövcuddur: yəni mənə heç nə olmaz. Bu da insanın öz həyatına sağlam yanaşmamasını göstərən amildir. Adi qaydalara belə riayət etmirik.
Qaydalar sərtləşsə də, dəyişən heç bir şey olmayacaq. Bu qədər insana nəzarət etmək praktiki mümkün deyil. Tutaq ki, avtobusda hamıya bir-bir necə nəzarət etmək olar? Bu insanlara başa salmaq olmur ki, avtobusda maskanı tax, özünü qoru və ya başqasını yoluxdurma. Bəzi adamlar sanki elə bilir, maska taxmamaq, qadağaların əleyhinə getmək qəhrəmanlıqdır”.
Millət vəkili əlavə edib ki, məktəblərin açılması ilə virusa yoluxmanın artması, düzgün mexanizmin qurulmaması, nəqliyyat sisteminin monopoliyada olmasıyla bağlıdır:
“Biz hələ heç orta məktəbdə uşaqların nəqliyyat məsələsini həll edə bilməmişik. Məktəbin içərisində pandemiya qaydalarına tutaq ki, riayət olundu, bəs məktəbin çölü? Baxın görün uşaqları aparmaq üçün nə qədər valideyn yığışır? Orda hansı təhlükəsizlikdən söhbət gedə bilər? Ona görə də məktəblərdə yoluxma günü-gündən artır, hər gün bir-iki məktəb distant təhsilə keçir. Amma düzdün nəqliyyat sistemi qurulsaydı, məktəblilərin aparılıb-gətirilməsi məsələsi həll olsaydı, belə olmazdı. Nə məktəblərin qarşısında o qədər insan, nə də o qədər avtomobillər olmazdı.
Bəs bu sistem niyə qurulmur?
Çünki özəl sektor məhv edilib. Bu işləri özəl sektor həll etməlidir. Hər şeydən pul qazanmaq istəyən bir məmur zehniyyəti ölkədə qoymur ki, elementar problemlər həll olunsun. Nəticə də odur ki, alternativ nəqliyyat yoxdur. İnsanlar metro, avtobusa möhtacdır. Daha çox yoluxma riski də burada məhz metroda və avtobuslardadır”.