Tribuna İnformasiya Agentliyi

“Monolit Plaza” yanır – YENİLƏNİB + VİDEO

25 İyun

“Monolit Plaza”da baş verən yanğın söndürülüb.

TİA.AZ  xəbər verir ki, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıb.

12:08

“Monolit Plaza”da yanğın olub.

TİA.AZ 1news-a istinadla xəbər verir ki, yanğın restoranın mətbəxində meydana gəlib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.