Moldova mətbuatında erməni vandalizmindən bəhs edən məqalə yayılıbbackend

Moldova mətbuatında erməni vandalizmindən bəhs edən məqalə yayılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun “Allahın evinə necə əl qaldırmaq olar?” başlıqlı məqaləsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.

TİA.AZ  xəbər verir ki, məqalədə səfir Q.Osmanov tərəfindən ermənilərin müharibə başa çatdıqdan sonra xristian kilsələri və abidələri mövzusunda isterikaya başladığı, bütün gücləri ilə müxtəlif ölkələri və beynəlxalq təşkilatları azad edilmiş Azərbaycan torpaqlarında xristian abidələrinin məhv edilməsi məsələsinə inandırmağa çalışdığını və nəticədə, Fransa Senatının erməni lobbisinin təsiri altında Dağlıq Qarabağın tanınmasına dair qərar qəbul etdiyini, sənədin Fransa hökuməti tərəfindən təsdiqlənmədiyini bildirilib.

Səfir məqaləsində ermənilərin bəhs etdikləri bütün tarixi və dini məbədlərin burada qədim zamanlardan bəri yaşamış albanlara məxsus olduğunu, ermənilərin bu ərazilərdə 1828-ci ildən sonra Rusiya imperiyası tərəfindən köçürüldüyünü və Qafqazda tarixi kökləri olmayan ermənilərin burada yaşadıqlarına dair süni şəkildə izlər yaratmaq məqsədilə alban abidələrinin özününküləşdirilməsi və milli mənşəyinin dəyişdirilməsi yolunu seçdiyini bildirib.

Səfir tarixin saxtalaşdırılmasının əsl cinayət olduğunu vurğulayıb.

Eyni zamanda, məqalədə səfir Q.Osmanov alban məbədlərinin bir qisminin ermənilərin özləri tərəfindən dağıdıldığını, Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri zamanı qeyd etdiyi Qərb siyasətçilərini bu barədə narahat olmamağa dair çağırışını xatırladaraq Azərbaycanda müxtəlif konfessiyaların, millətlərin nümayəndələrinin həmişə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, ölkəmizin ən tolerant İslam dövləti kimi tanındığını, habelə ölkəmizə müasir dünyanın ən mədəni və savadlı liderlərindən birinin rəhbərlik etdiyini diqqətə çatdırıb.

Məqaləsinin sonunda Q.Osmanov 30 ili ərzində Azərbaycan rəhbərliyinin dəfələrlə dünya ictimaiyyətinə ermənilərin müsəlman məbədlərinə təcavüzünün dayandırılması çağırışı ilə müraciət etdiyini, bölgədəki 67 məsciddən 64-nün tamamilə dağıdılması və bunlardan üçündə donuz da daxil olmaqla mal-qaranın saxlanılmasına göz yumulduğunu, ermənilərin vandalizminin XXI əsrdə normal davranış olmadığını və beynəlxalq təşkilatların bu həqiqətə diqqət yetirmələrinin vacib olduğunu bildirib.

Qeyd edək ki, səfirin məqaləsi Moldovanın nüfuzlu “Tribuna”, “Noi”, “İPN” və “Deschide” xəbər agentliklərinin rəsmi internet səhifələrində dərc edilib.

Məqalə ilə qeyd edilən link vasitəsilə tanış olmaq mümkündür:

https://deschide.md/ru/russian_news/opinion_ru/76445/%D0%9F%D0%BE%D1%81%D0%BE%D0%BB-%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D0%B0-%D0%B2-%D0%A0%D0%B5%D1%81%D0%BF%D1%83%D0%B1%D0%BB%D0%B8%D0%BA%D0%B5-%D0%9C%D0%BE%D0%BB%D0%B4%D0%BE%D0%B2%D0%B0-