Moldova mətbuatı Erməni vandalizmindən yazdıbackend

Moldova mətbuatı Erməni vandalizmindən yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moldovanın TRIBUNA informasiya portalında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir, Girov və İtkin düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasının sədri Əli Nağıyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Ariana Bauer ilə görüşünü işıqlandırılıb.
TİA.AZ xəbər verir ki, məqalədə Əli Nağıyevin Ariana Bauerə Ermənistan Respublikası tərəfindən beynəlxalq humanitar hüququn pozulması, erməni tərəfinin cinayətləri, o cümlədən mülki şəxslərin milli, irqi, dini düşmənçilik və ya ədavət əsasında qəsdən öldürülməsi, habelə əmlaklarının qəsdən məhv edilməsi barədə məlumat verdiyi bildirilir.
Bundan əlavə qeyd edilir ki, Azərbaycan tərəfi görüşdə Qırmızı Xaç təmsilçisinə humanitar atəşkəsin qüvvəyə mindiyindən yarım saat sonra Ermənistan tərəfindən pozulduğunu, habelə 11 oktyabrda Gəncə şəhərinə raket hücümu nəticəsində 10 nəfərin həlak olduğunu, 34 nəfərin, onların içində 10 qadın və 5 uşaq olmaqla xəsarət aldığı barədə məlumat vermişdir. Bununla yanaşı məqalədə deyilir ki, görüşdə vurğulanmışdır ki, 27 sentyabrdan bəri Ermənistan silahlı qüvvələrinin münaqişə və döyüş bölgəsinə aid olmayan Azərbaycan yaşayış məntəqələrinə ağır artilleriya və raket hücumları nəticəsində 41 mülki şəxs həlak olmuş, 211 nəfər yaralanmiş, 1200-dən çox ev və mülki obyektlər dağıdılmışdır.
Həmçinin, yazıda qeyd edilir ki, Dövlət Komissiyasının sədri Əli Nağıyev sosial şəbəkələrdə yayılan videokadrlara toxunmuşdur, erməni hərbçiləri tərəfindən öldürülən Azərbaycan hərbçilərinin cəsədlərində təhqiredici hərəkətlərin nümayiş olunduğunu, bunun Cenevrə Konvensiyasının 16 və 17-ci maddələrinin ciddi şəkildə pozulmasının sübut etdiyini qarşı tərəfə çatdırmışdır.
Yazıda bildirilir ki, Ariana Bauer BQXK ilə Dövlət Komissiyası arasında konkret nəticələr göstərən qarşılıqlı fəaliyyətin konstruktivliyini vurğulamış, səmərəli əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümid etdiyini qeyd etmişdir.
Yazı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: