Mobil internetin sürətinə görə dünyada neçənci yerdəyik?backend

Mobil internetin sürətinə görə dünyada neçənci yerdəyik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin iyun ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 3 pillə irəliləyib və 33,64 MB/S sürətlə 58-ci pillədə qərarlaşıb.

Bu barədə TİA.AZ “Speedtest Global Index”ə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 118-ci yerdə qərarlaşıb ki, bu da may ayı ilə eynidir. İyunda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 22 MB/S olub.Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (213,73 MB/S), sonuncu yerdə isə Kuba (1,84 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Norveç 126,96 MB/S sürətlə birinci, Kuba isə 4,49 MB/S sürətlə sonuncu 139-cu yerdə qərarlaşıb.