Tribuna İnformasiya Agentliyi

Mobil cihazların qeydiyyatına dövlət rüsumu tətbiq olunacaq

12 İyun

Bu gün Milli Məclisin plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi təsdiq olunub.

TİA.AZ xəbər verir ki, layihəyə görə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq.

Layihədə nəzərdə tutulan digər dəyişikliyə əsasən, hər il üçün fiziki şəxslər tərəfindən avtomobillərin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, eləcə də, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.