MN: Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcəkbackend

MN: Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən bildirilib
“Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 11.04.2022-ci il tarixdən 16.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”.