MN: Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması yalandırbackend

MN: Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması yalandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MN: Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması yalandır

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir.

Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, – qeyd olunub.