MN: Laçında itkin düşən hərbçilərin axtarışı davam edirbackend

MN: Laçında itkin düşən hərbçilərin axtarışı davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir.
Müdafiə Nazirliyindən bildirilib ki, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.
Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.