MN: “Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə tutulub”backend

MN: “Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə tutulub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Qeyd edək ki, 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.