MN: Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyədədirbackend

MN: Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“TurAz Şahini – 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb”.
Bu barədə Müdafiə Nazirliyindən TİA.AZ-a bildirilib.
Məlumatda deyilir ki, hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.