Tribuna İnformasiya Agentliyi

MKİ dünyanın ən çox silahlanan ölkələrinin adlarını açıqlayıb – Azərbaycan 17-ci yerdədir

26 Dekabr

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ÜDM-ə nisbətdə büdcəsindən silahlanmaya daha çox vəsait sərf edən ölkələrin siyahısını açıqlayıb.

Bu barədə “Report” ABŞ-ın “The Street” nəşrinə istinadən məlumat verir.

MKİ-nin “World Factbook” məlumatlarına əsasən, siyahıda birinci yeri ÜDM-inin 13,73%-ni silahlanmaya xərcləyən Oman tutur. Cənubi Sudan (10,93%) ikinci, Səudiyyə Ərəbistanı (9,85%) üçüncü sırada qərarlaşıb.

Bu baxımdan “Top-10″a həmçinin Konqo (7,17%), Əlcəzair (6,55%), BƏƏ (5,66%), İsrail (5,64%), Rusiya (5,40%), Küveyt (4,83%) və Livan (4,76%) düşüb.

Azərbaycan ÜDM-in 3,64%-ni silahlanmaya xərcləməklə siyahıda 17-ci yeri tutub.