Mixeil Saakaşvili: “Yaxın aylarda Gürcüstana qayıdacağam”backend

Mixeil Saakaşvili: “Yaxın aylarda Gürcüstana qayıdacağam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yaxın aylarda vətənə qayıdacağını elan edib.

“Report”un yerli bürosunun xəbərinə görə, bunu keçmiş dövlət başçısı “Mtavari arxi” televiziya kanalının efirində bildirib.

M.Saakaşvili 2020-ci ilin parlament seçkilərinə qədər Gürcüstana dönəcəyini deyib: “Yaxın aylarda Gürcüstana gəlməyi planlaşdırıram. Burada gizlətməyə heç nə yoxdur. Ukraynada özümü yaxşı hiss edirəm, lakin biz vətəni itiririk”.

Gürcüstanda qiyabi məhkum edilən sabiq dövlət başçısı bildirib ki, onun saxlanılıb-saxlanılmayacağı Gürcüstan xalqından asılıdır: “Mən Ukraynada həbsxanadan qorxmadım, öz ölkəmdə bundan xüsusən qorxmaram… Onlar o qədər zəifdirlər ki, Gürcüstan xalqına müqavimət göstərməzlər”.

M.Saakaşvili Gürcüstan xalqı ilə bir yerdə olduğunu vurğulayıb: “Gəlin, siyasəti bir kənara qoyaq. Mən siyasətçi deyiləm, mən müasir Gürcüstan dövlətçiliyinin yaradıcısı, Gürcüstanın vətənpərvəri və sizin kimi ölkənin dağılmasına görə ürəyi ağrıyanlardan biriyəm”.