Mixeil Saakaşvili hərbi hospitala köçürülməsinə razılıq veribbackend

Mixeil Saakaşvili hərbi hospitala köçürülməsinə razılıq verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Tbilisidəki Qldani həbsxanasının klinikasından Qori şəhərindəki hərbi hospitala köçürülməsinə etiraz etmir.

“Report” xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Eka Xerxeulidze jurnalistlərə açıqlamasında bildirib.

Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze Qori hospitalına baş çəkib və tibbi müəssisədə mövcud vəziyyətlə tanış olub. O, xəstəxananın M.Saakaşvilinin müalicəsi üçün zəruri maddi-texniki baza ilə təchiz olunduğunu deyib.

Ölkə prezidenti Salome Zurabişvili öz növbəsində bəyanatla çıxış edərək sabiq dövlət başçısının Qori hospitalına köçürülməsi ilə bağlı planı alqışlayıb. Onun sözlərinə görə, klinika həm tibbi, həm də təhlükəsizlik baxımından bütün standartlara cavab verir.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidəki 12 saylı həbsxanaya yerləşdirilmiş siyasətçi noyabrın 8-də Tbilisidəki Qldani türməsinin müalicə müəssisəsinə yerləşdirilib. Artıq 50 gündür aclıq aksiyası keçirən keçmiş prezidentin ötən gün vəziyyəti pisləşib.